Belarus "Threads" və "TikTok" şəbəkələrindəki şərhlərə nəzarəti gücləndirir


Belarusun İstintaq Komitəsi "Threads" və "TikTok" platformaları vasitəsilə yayılan məlumatlara, paylaşımlara və yazılan şərhlərə nəzarətin ciddi şəkildə gücləndiriləcəyi barədə vətəndaşlara xəbərdarlıq edib.

AFN.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Bəyanatda dağıdıcı və yalan məlumatların artması fonunda müstəntiqlərin sosial şəbəkələri daha ciddi monitorinq edəcəyi və müəlliflərin hərəkətlərinə hüquqi qiymət veriləcəyi qeyd olunub.

Xüsusilə əhalini dezinformasiya edən, sosial düşmənçiliyi qızışdıran, təhlükə barədə bilərəkdən yalan xəbər yayan və nasizmə bəraət qazandıran materiallar ciddi şəkildə təqib olunacaq. Qurum bəyan edib ki, bəzi şəxslərin baxış sayını artırmaq üçün özlərini cinayət qurbanı və ya şahidi kimi təqdim edərək uydurma hekayələr paylaşması halları müəyyən edilib və bu cür kontentlər dövlətin təhlükəsizliyinə xələl gətirir. İstintaq Komitəsi istifadəçiləri sosial məsuliyyət nümayiş etdirməyə çağırıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu