Polşa MN: Ölkədə ABŞ hərbi qüvvələrinin artırılması mütləq prioritetdir
Polşada Amerika hərbi mövcudluğunun genişləndirilməsi respublika üçün mütləq prioritet təşkil edir.
AFN.az xəbər verir ki, bunu Polşanın Baş nazirinin müavini və milli müdafiə naziri Vladislav Kosinyak-Kamış "Polsat" telekanalına müsahibəsində deyib.
Nazir qeyd edib ki, ABŞ ilə bu mövzuda danışıqlar aylardır davam edir və hazırda sadə siyasi bəyanat mərhələsindən daha irəli gedərək yekunlaşmaq üzrədir. Onun sözlərinə görə, əlavə bir neçə min Amerika əsgərinin ölkəyə gətirilməsi böyük çəkindirici potensiala malik olacaq. Hazırda Polşada təxminən 10 min ABŞ hərbçisi yerləşdirilib.

