Beren Saatla Kenan Doğulu da saxlanıldı
Türkiyə hüquq-mühafizə orqanlarının keçirdiyi genişmiqyaslı narkotik əməliyyatı çərçivəsində şou-biznesin tanınmış simalarından ibarət daha 22 nəfər nəzarətə götürülüb.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, saxlanılanlar arasında məşhur aktrisa Beren Saat, onun həyat yoldaşı, müğənni Kenan Doğulu, həmçinin Enis Arıkan, Kerimcan Durmaz, Berdan Mardini və Ayşe Hatun Önal kimi populyar adlar var.
Xatırladaq ki, qonşu ölkədə ötən ildən start götürən bu böyük cinayət işi çərçivəsində onlarla tanınmış şəxs istintaqa cəlb olunmuş, onların böyük qismi dindirildikdən sonra sərbəst buraxılmışdı.
