Aİ-nin Gürcüstana viza şərti Rusiyaya qarşı sanksiyaların tətbiqi oldu


Avropa İttifaqı Gürcüstanın icma ilə vizasız gediş-gəliş rejimini qoruyub saxlaması üçün rəsmi Tbilisidən Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi tələb edir.

AFN.az xəbər verir ki, bu barədə jurnalistlərə açıxlmasında Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili məlumat verib.

"Bizə deyirlər ki, vizasız gediş-gəliş istəyiriksə, Rusiyaya sanksiya tətbiq etməliyik, yəni intiharla məşğul olmalıyıq. Əgər biz özümüzü məhv etsək, Avropa İttifaqına vizasız kim gedəcək? Qoy bunu bizə izah etsinlər. Brüsselin vizanı siyasi silaha çevirmək istəməsinə baxmayaraq, biz Rusiyaya sanksiyalar tətbiq etməklə öz ölkəmizi dağıtmayacağıq", - deyə Papuaşvili bildirib.

Qeyd edək ki, Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, iyunun 11-də Brüsseldə Aİ ilə vizasız rejim və bununla bağlı yaranan problemlər mövzusunda danışıqlar aparılacaq. Bu, Tbilisi ilə Brüssel arasında münasibətlərin pisləşməsindən sonra son bir neçə ildə keçiriləcək ilk analoji görüş olacaq.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu