ABŞ əlavə 750 dollar müqabilində sürətləndirilmiş viza müsahibəsi proqramına başlayacaq



ABŞ Dövlət Departamentinin müəyyən səfirliklər və konsulluqlarda iş və ya turizm vizası üçün müraciət edənlərə əlavə 750 dollar ödəniş müqabilində sürətləndirilmiş viza müsahibəsi proqramına başlayacağı iddia edilib.

AFN.az xəbər verir ki, "Associated Press" (AP) agentliyinin əldə etdiyi sənədlərə və nazirlik rəsmisinin açıqlamalarına istinadən yaydığı məlumata görə, ABŞ-a edilən viza müraciətləri ilə bağlı yeni pilot proqram hazırlanıb.

Proqram çərçivəsində iş və ya turizm məqsədilə müraciət edənlərin ilkin mərhələdəki rüstuma əlavə olaraq 750 dollar ödəmələri təqdirdə, 10 gün ərzində sürətləndirilmiş müsahibə xidmətindən yararlana biləcəkləri irəli sürülüb.

Bu həftə ərzində elan edilməsi gözlənilən pilot proqramın 1 iyul - 31 dekabr tarixləri arasında müəyyən edilmiş səfirliklər və konsulluqlarda həyata keçiriləcəyi iddia olunub.

Digər tərəfdən, bu 750 dollarlıq ödənişin istəyə bağlı əlavə bir xidmət olacağı və ödəniş edənlərə vizanın mütləq veriləcəyi mənasına gəlməyəcəyi ifadə edilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu