Macarıstan Ukrayna üçün 6.6 milyard avronun önünü açdı — Orbanın vetosu ləğv edildi
Macarıstanın yeni hökuməti Avropa Sülh Fondu vasitəsilə Ukraynaya hərbi yardımın göstərilməsinə razılıq verərək, Viktor Orbanın rəhbərlik etdiyi əvvəlki kabinetin qoyduğu vetonu ləğv edib.
AFN.az "Nepszava" qəzetinə istinadən xəbər verir ki, blokdan çıxarılan təxminən 6,6 milyard avro həcmindəki vəsaitin Ukrayna ordusu üçün hava hücumundan müdafiə (HHM) sistemlərinin alınmasına yönəldiləcəyi gözlənilir.
Məlumata görə, Macarıstanın Ukrayna ilə bağlı son vetosunun qaldırılması barədə qərar Aİ ölkələrinin Brüsseldəki daimi nümayəndələri səviyyəsində qəbul olunub. Növbəti mərhələdə Avropa Xarici Fəaliyyət Xidməti müvafiq normativ sənədin layihəsini hazırlayacak və sənəd Aİ Şurası tərəfindən təsdiqlənəcək.
Xatırladaq ki, Macarıstan 2024-cü ildən bəri bu vəsaitin ayrılmasını bloklayırdı. Aprelin 12-də keçirilən parlament seçkilərində "Tisa" partiyasının qələbəsindən sonra hakimiyyətə gələn Peter Macarın rəhbərlik etdiyi yeni hökumət isə rəsmi Budapeştin bu məsələdəki mövqeyini tamamilə dəyişib.
Bununla belə, yeni hökumət Ukraynaya öz hərbi texnikasını və ya əsgərlərini göndərməyəcəyini bəyan edib.

