Si Cinpin Şimali Koreyaya səfər edəcək
Çin Xalq Respublikasının Sədri Si Cinpin iyunun 8-9-da Şimali Koreyada (KXDR) dövlət səfərində olacaq.
AFN.az "Xinhua" agentliyinə istinadən xəbər verir ki, bu barədə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq Əlaqələr Şöbəsi məlumat yayıb.
Məlumata görə, yüksək səviyyəli rəsmi səfər Şimali Koreya lideri Kim Çen Inın rəsmi dəvəti ilə baş tutur. Görüşdə ikitərəfli əlaqələr və regional təhlükəsizlik məsələlərinin müzakirəsi gözlənilir.


