Xanlar Vəliyevin qızı vəzifəyə təyin edildi
“Mərkəzi Nəbatat Bağı”nın İdarə Heyətinin sədrinə yeni müavin təyin olunub.
AFN.az Manset.az-a istinadən xəbər verir ki, müvafiq əmrlə Gülşən Vəliyeva “Mərkəzi Nəbatat Bağı”nın İdarə Heyətinin sədrinin müavini vəzifəsinə gətirilib.
Qeyd edək ki, Gülşən Vəliyeva Azərbaycanın sabiq hərbi prokuroru, ədliyyə general-leytenantı, hazırda isə Konstitusiya Məhkəməsinin hakimi olan Xanlar Vəliyevin qızıdır.


