İsrail ilə Livan arasındakı görüşlərdə Marko Rubio da iştirak edəcək



ABŞ-ın vasitəçiliyi ilə İsrail və Livan arasında mümkün atəşkəs və danışıqlar tarixinin müzakirə edilməsi üçün Vaşinqtonda keçiriləcək görüşdə ABŞ Dövlət Katibi Marko Rubio da iştirak edəcək.

AFN.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin saytında yer alan məlumata görə, Livanın Vaşinqtondakı səfiri Nada Hamadə Muavvad ilə İsrailin Vaşinqtondakı səfiri Yehiel Leiter arasında ABŞ-da görüş keçiriləcək.

ABŞ vaxtı ilə saat 11:00-a planlaşdırılan bu görüşdə Dövlət Katibi Rubionun da iştirakı nəzərdə tutulub. Livan Prezident administrasiyasının aprelin 10-da yaydığı bəyanatda qeyd olunub ki, Prezident Jozef Avnın atəşkəs elanı və İsrail ilə birbaşa danışıqların aparılmasını nəzərdə tutan təşəbbüsü, həmçinin son dövrlər artan İsrail hücumları çərçivəsində həyata keçirdiyi beynəlxalq təmaslar nəticəsində ABŞ rəhbərliyi Dövlət Departamentini Livan və İsrail arasında vasitəçi kimi təyin edib.

Digər tərəfdən, livanlı yüksək rütbəli rəsmi bildirib ki, ABŞ-ın ev sahibliyi ilə gələn həftə keçiriləcək bu görüşlər əslində birbaşa müzakirə deyil, danışıqlara hazırlıq xarakteri daşıyır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu