OpenAI rəhbərinin Kaliforniyadakı evinə iki dəfə hücum edilib


"OpenAI" şirkətinin rəhbəri Sem Altman bəyan edib ki, onun San-Fransiskodakı evi 10 və 12 aprel tarixlərində iki dəfə hücuma məruz qalıb.

AFN.az xəbər verir ki, bu barədə "The San Francisco Standard" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, 12 apreldə iki nəfər avtomobillə Altmanın evinə yaxınlaşaraq binaya atəş açıb və hadisə yerindən qaçıb. Daha sonra polis həmin şəxsləri saxlayıb və axtarış zamanı onlardan üç ədəd silah müsadirə edilib.

Bundan əvvəl isə 10 aprel tarixində hüquq-mühafizə orqanları Altmanın evinə "Molotov kokteyli" atan və şirkətin qərargahının əməkdaşlarını hədələyən bir nəfəri saxlamışdılar.

Hadisələrin motivləri hələlik tam açıqlanmasa da, polis araşdırmaları davam etdirir. "OpenAI" rəhbərinin təhlükəsizlik tədbirlərinin gücləndirildiyi bildirilir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu