Çin yeni peykləri orbitə göndərib



Çin Yer orbitinin aşağı qatında qurduğu və Amerikanın "SpaceX" şirkətinə məxsus "Starlink" şəbəkəsinə rəqib olmağı hədəfləyən "Çienfan" (Kosmik yelkən) peyk qrupunun bir hissəsini təşkil edəcək 7-ci peyk qrupunu kosmosa göndərib.

AFN.az xəbər verir ki, 18 peykdən ibarət qrup "Long March-8" raketi ilə Haynan adasındakı kommersiya kosmik aparat mərkəzindən fırladılıb.

Şanxay Spacecom Peyk Texnologiyaları Şirkəti (SSST) tərəfindən hazırlanan "Çienfan" peykləri Yer orbitinin aşağı qatında yaradılan peyk şəbəkəsinin tərkib hissəsi olacaq. "G60 Starlink" olaraq da tanınan layihənin ilk mərhələsində orbitə 1296 peykin yerləşdirilməsi planlaşdırılır, bütün mərhələlər tamamlandıqda isə 14 min genişzolaqlı internet peykindən ibarət meqa peyk şəbəkəsinin yaradılması hədəflənir.

Qeyd edək ki, "Çienfan" şəbəkəsinin bir hissəsi olan və hər biri 18 peykdən ibarət qrupların birincisi 6 avqust 2024-cü ildə, ikincisi 15 oktyabr 2024-cü ildə, üçüncüsü 5 dekabr 2024-cü ildə, dördüncüsü 23 yanvar 2025-ci ildə, beşincisi 11 mart 2025-ci ildə və altıncısı isə 18 oktyabr 2025-ci ildə kosmosa buraxılmışdı.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu