Mersin nümayəndələrinin avtobusu Səudiyyə Ərəbistanında qəzaya düşdü


Almaniya nümayəndə heyətini Ər-Riyad hava limanına aparan kortecin tərkibindəki mikroavtobus qəzaya uğrayıb və nəticədə kansler Fridrix Mersin Qətərə uçuşu ləngiyib.

AFN.az xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.

Hadisə hava limanına 2,7 km qalmış baş verib. Məlumata görə, qəza nəticəsində xəsarət alan olmayıb. Sürücü nəqliyyat vasitəsini digər avtomobillərə toxunmadan ayırıcı zolaqda saxlaya bilib. Almaniyanın Səudiyyə Ərəbistanındakı səfirliyi hadisə barədə dərhal məlumatlandırılıb.

Almaniya kansleri və müşavirləri digər nümayəndə heyəti üzvlərinin gəlişini hava limanında gözləməli olublar. Ümumilikdə uçuşun ləngiməsi 15 dəqiqədən az çəkib.

Hazırda Fridrix Mers Fars körfəzi ölkələrinə səfər edir. O, artıq Səudiyyə Ərəbistanında olub və Qətərdə bu ölkənin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə görüşüb. Fevralın 6-da Mersin Birləşmiş Ərəb Əmirliklərində enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı qapalı danışıqlar aparacağı gözlənilir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu