ABŞ-da təbii qaz partlayışı nəticəsində 6 nəfər yaralanıb


ABŞ-ın Kaliforniya ştatında baş verən təbii qaz partlayışı nəticəsində 6 nəfərin yaralandığı və bölgədəki evlərə ziyan dəydiyi bildirilib.

Alameda Yanğınsöndürmə Xidmətinin açıqlamasında qeyd olunub ki, San-Fransisko Körfəz Bölgəsindəki bir məhəllədə baş verən partlayışdan sonra yanğın başlayıb və bir neçə evə ziyan dəyib.

Açıqlamada partlayış səbəbindən 6 nəfərin yaralandığı, hadisə yerində zərər görən başqa şəxslərin olub-olmadığını müəyyənləşdirmək üçün axtarış-xilasetmə işlərinin davam etdiyi qeyd edilib.

Pacific Gas & Electric Co. şirkətinin açıqlamasında bildirilib ki, partlayış bir tikinti briqadasının səhər saatlarında yeraltı təbii qaz xəttinə ziyan vurması nəticəsində baş verib və həmin tikinti briqadasının şirkətin işçiləri olmadığı vurğulanıb.

Bölgədəki bir evin təhlükəsizlik kamerası görüntülərinin sosial şəbəkələrdə yayılmasından sonra məlum olub ki, qaz sızması səbəbindən baş verən partlayışdan sonra yaranan yanğında alovlar binaları bürüyüb və təzyiq nəticəsində bəzi evlərin şüşələri qırılıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu