Emin Əmrullayev: Müəllimin məktəbə müştəri gözü ilə baxması yolverilməzdir
"Əgər müəllim məktəbə müştəri gözü ilə baxırsa, düşünürsə ki, 6 sinifdə dərs deyirəm və hər sinifdən 15 uşaq repetitorluğa müraciət edəcək, mənim də həyat səviyyəm yüksələcək, bu adam mənim üçün müəllim deyil".
AFN.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib. “Müəllim məktəbə gəlir, əməkhaqqını alır, onun əvəzini birbaşa sinifdə verməlidir. Kim istəsə, boş vaxtında özəl sektorda işləyə bilər. Bu, hər bir vətəndaşın hüququdur” - deyə nazir qeyd edib.


