Azərbaycanda həbs edilmiş 4 iranlı ölkələrinə təhvil verilib



Azərbaycanda cəzaçəkmə müəssisələrində saxlanılan 4 nəfər İran vətəndaşı öz ölkəsinə təhvil verilib.

AFN.az xəbər verir ki, məlumatı İranın İnsan Hüquqları və Beynəlxalq Əlaqələr üzrə nazir müavini Əsker Celalian “Mehr” agentliyinə təsdiqləyib. Onun sözlərinə görə, azadlıqdan məhrum edilən şəxslər artıq Gilan əyalətindəki həbsxanaya yerləşdirilib.

İran rəsmisi əlavə edib ki, Bakı və Tehran arasında məhbus mübadiləsi prosesi son 3 il ərzində siyasi gərginlik səbəbindən dayanmışdı. Uzun fasilədən sonra bu əməkdaşlıq yenidən bərpa olunub və tərəflər arasında məhbus ötürülməsi prosesi aktivləşdirilib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu