Çindən ABŞ gəmilərinə tətbiq olunan rüsumla bağlı açıqlama
Çin ABŞ gəmilərinə tətbiq olunan liman rüsumlarının məqsədinin beynəlxalq bazarda ədalətli rəqabəti təmin etmək olduğunu açıqlayıb.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Çin Baş Gömrük İdarəsinin rəsmi nümayəndəsi Lyü Dalyan bildirib. O vurğulayıb ki, ABŞ-ın oxşar tədbirləri proteksionizm və diskriminasiya xarakteri daşıyır və Pekin ümid edir ki, Vaşinqton səhvlərini qəbul edəcək və dialoq yoluna qayıdacaq.
14 oktyabrdan ABŞ-dan olan və ya ABŞ vətəndaşlarının 25% payı olan gəmilər Çin limanlarında xüsusi rüsumlar ödəməli olacaq. İlk mərhələdə rüsum 400 yuan ($56) olacaq, 2026-cı ildən 2028-ci ilə qədər isə mərhələli şəkildə 1 120 yuan ($157)-a qədər artırılacaq.
