Deputat partiyadan çıxarılıb, amma özünün xəbəri yoxdur


Milli Məclisin deputatı Elçin Mirzəbəyli üzvü olduğu Ədalət, Hüquq, Demokratiya Partiyasından (ƏHD Partiyası) xaric edilib.

AFN.az xəbər verir ki, Elçin Mirzəbəyli Modern.az-a açıqlamasında bildirib ki, o, partiyadan xaric edilməsi ilə bağlı müraciət etməyib və xəbəri yalnız mətbuatdan öyrənib.

“Mən partiyadan öz xoşumla çıxmamışam. Bununla bağlı müraciət də etməmişəm. Partiyanın İdarə Heyəti qərar verib. Ayın 29-da partiya sədrinin müavinliyindən azad olunmuşdum, ondan da xəbərim yox idi. Bu gün də siz dediyiniz xəbəri mətbuatdan oxumuşam”, - o qeyd edib.

Qeyd edək ki, hazırda ƏHD Partiyasının sədri deputat Qüdrət Həsənquliyevdir. Elçin Mirzəbəylinin partiyadan çıxarılması barədə parlamentə rəsmi məlumat verildikdən sonra ƏHD-in deputatlarının sayı 1-ə enəcək.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu