Deputat məktəbli avtobusları haqda: Narazılıq olduqda ideya yalnız təşəbbüs kimi qala bilər


“Məktəblərin qarşısında tıxac yaranması həm valideynlərinin müəyyən xərclərinin çıxmasına, həm də şəhərdə ciddi tıxaca səbəb olur. Şəhərin mərkəzində yerləşən məktəblərin qarşısından keçərkən bunu açıq-aydın görürük. Dərs vaxtlarında təhsil müəssisələri yerləşən ərazilərdə hərəkət etmək olmur. Lakin problemdən müxtəlif çıxış yolları var. Əsas çıxış yolu məktəbli avtobuslarının təşkilidir”.

AFN.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov deyib.

Deputatın sözlərinə görə, məktəblilər üçün avtobusların təşkili məsələsi uzun müddətdir, cəmiyyətdə geniş müzakirə olunur: “Dünyanın əksər ölkələrində bu təcrübə var. Bizim ölkəmizdə də eyni təcrübə tətbiq olunur. Lakin aylıq ödənişlər üçün təyin edilmiş qiymətlərin yenidən nəzərdən keçirilməsinə ehtiyac var. Əksər valideynlər qiymətlərin yüksək olduğunu bildirirlər. Ümumilikdə, layihə dəstəkləməlidir, amma çağırışları nəzərdən keçirməliyik. İmkan varsa, qiymətlərə yenidən baxılsın ki, narazılıqlar olmasın və yaranmasın. Təşəbbüs və ideya çox yaxşıdır. Təbii ki, daşıyıcının da müəyyən xərcləri var. Elə olmalıdır ki, valideynlər də qiymətlərdən razı qalsınlar. Narazılıq olduqda ideya yalnız təşəbbüs kimi qala bilər”.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu