"Xaliq Faiqoğlu"nun avtobusları avqust ayında kondinsionersiz işləyir - ŞİKAYƏT

Sərnişindaşımada fəaliyyət göstərən aparıcı daşıyıcı şirkətlərdən olan “Xaliq Faiqoğlu” MMC-nin fəaliyyəti vətəndaşların etirazına səbəb olub.
AFN.az xəbər verir ki, bu barədə jurnalist Elnurə Abuşova sosial şəbəkə hesabında yazıb. Jurnalistin sözlərinə görə, MMC-nin balansında olan 79 saylı marşrutdan müntəzəm istifadə edir:
“Neçə gündür fikir verirəm, "Xaliq Faiqoğlu" benzinə qənaət edir, 79-lar pəncərəsi açıq gedir. Sərnişinə keyfiyyətli xidmət göstərmək istəmirsizsə, çəkilin, başqa daşıyıcı gəlsin. Hərə bir sahəni inhisara alıb, ürəyi istəyən kimi davranır. Olan sadə vətəndaşa olur. Vətəndaşı dövlətə qarşı çıxarırsız narazılıq yaratmaqla”.