Azad olunmu ərazilərin bərpasına 21,6 milyard manat ayrılıb

“Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın ümumi icra faizi təqribən 79 faizdir.
Bu barədə Baş nazir Əli Əsədov “2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması ilə bağlı yaradılmış Komissiyanın ilk iclasında bildirib.
Onun sözlərinə görə, azad olunmuş ərazilərin bərpası üçün 2025-ci il də daxil olmaqla 21,6 milyard manat vəsait ayrılıb.
Azad olunmuş ərazilərdə şəhər, qəsəbə və kəndlər üzrə 15 yaşayış məntəqəsinin ilkin mərhələdə inşası tamamlanıb, əhalinin yaşayışı və iqtisadi fəaliyyətə reinteqrasiyası təmin olunub.
Hazırda 27 yaşayış məntəqəsinin tikintisi, 25 yaşayış məntəqəsinin təmir-bərpası həyata keçirilir. 21 yaşayış məntəqəsinin isə təməli qoyulub.