İsrail Əhvaz və Məhşəhr şəhərlərinə hücum edib

İsrail cənub-qərbdə yerləşən Əhvaz və Məhşəhr şəhərlərində İran İnqilab Keşikçiləri Korpusuna məxsus hərbi hissə və qərargahları eyni vaxtda hədəfə alıb.
İsrailin İrana qarşı hücumları 9-cu günündə də davam edir.
İran mediasında yer alan xəbərlərə görə, İsrail cənub-qərbdə yerləşən və İranın əsas neft hasilatı bölgəsi olan Xuzistan vilayətinə bağlı Əhvaz şəhəri ilə Məhşəhr Limanında yerləşən İnqilab Keşikçiləri Korpusuna aid hərbi hissə və qərargahlara eyni vaxtda hücum təşkil edib.
Hücumdan sonra hava hücumundan müdafiə sistemlərinin işə düşdüyü və bölgədən sıx tüstünün qalxdığı müşahidə olunub.