Qarabağ kanalında bir nəfər batıb


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qarabağ suvarma kanalının Yevlax şəhəri, Tanrıqulular kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.



AFN.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.



Əlavə məlumat veriləcək.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu