ABŞ müdafiə naziri Rusiyaya qarşı bütün vasitələrdən istifadə fikrinə qarşıdır


ABŞ-ın Ukraynadakı münaqişənin həlli üçün Rusiyaya təzyiq göstərmək istiqamətində bütün mövcud vasitələrdən istifadə etməli olduğu fikri yanlışdır.



AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Pit Heqset bildirib. Bu məsələ ilə bağlı fikir mübadiləsi ABŞ Konqresinin Senatındakı Təyinatlar Komitəsində Pentaqon rəhbərinin iştirakı ilə keçirilən dinləmələr zamanı baş tutub.



"Cənab nazir, siz razısınızmı ki, Birləşmiş Ştatlar Rusiyanı danışıqlar masasına oturtmaq və Ukraynadakı müharibəyə son qoyaraq ədalətli və davamlı sülh əldə etmək üçün mövcud olan bütün vasitələrdən, o cümlədən əlavə sanksiyalardan istifadə etməlidir?" – deyə senator Kris Kuns Heqsetə sual verib. Qeyd edək ki, Kris Kuns faktiki olaraq müdafiə üzrə alt komitənin sədr müavini olan demokratdır. Dinləmələr ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri general Den Keynin və Heqsetin iştirakı ilə keçirilib.



Heqset Kunsun irəli sürdüyü mövqe ilə qəti şəkildə razılaşmayıb. “Senator, bütün mövcud vasitələr? Xeyr. Bizim bir çox nöqtələrdə çoxlu vasitələrimiz var,” – deyə nazir əlavə edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu