"Sabah" ilk dəfə Azərbaycan kubokunu qazandı

Bu gün Azərbaycan kubokunda 2024/25 mövsümünün final oyunu keçirilib.
AFN.az xəbər verir ki, həlledici oyunda "Qarabağ" və "Sabah" komandaları üz-üzə gəliblər. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan oyunu İnqilab Məmmədov idarə edib. Qarşılaşma Masazır təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Bununla da "Sabah" klub tarixində ilk dəfə Azərbaycan kubokunun qalibi olub.