Litium-ion keçiriciliyində dünya rekordu: Yeni material açıqlandı


Almaniyanın Münhen Texniki Universitetində (TUM) çalışan alimlər bərk hal batareyalarında istifadə üçün hazırladıqları yeni bir material vasitəsilə litium-ion keçiriciliyində dünya rekordunu qırıblar.

Litium, antimon və az miqdarda skandium elementlərindən ibarət olan bu innovativ material litium ionlarının indiyə qədər məlum olan bütün alternativlərlə müqayisədə 30 faizdən daha sürətli hərəkət etməsini təmin edir. Bu kəşf daha sürətli enerji yığımıdaha effektiv batareyalar üçün yeni imkanlar yarada bilər.

Kristal quruluşdakı boşluqlar ionların hərəkətini sürətləndirir

Professor Tomas F. Fasslerin rəhbərlik etdiyi komanda materialın kristal quruluşunda litium atomlarının bir qismini skandium atomları ilə əvəz edərək boşluqlar yaratdı. Bu boşluqlar litium ionlarının daha asan keçməsinə şərait yaradır və nəticədə keçiricilikdə rekord səviyyələrə çatılır.

Bərk hal batareyalarının yüksək enerji sıxlığıyanğın riskini azaltma potensialı nəzərə alındıqda, bu kəşf enerji saxlama texnologiyalarında yeni bir dövrün başlanğıcı ola bilər.

Ölçmə prosesi çətinliklərlə müşayiət olundu

Yeni materialın keçiriciliyi o qədər yüksək idi ki, ölçmə nəticələrinin düzgünlüyünü yoxlamaq üçün universitetin Texniki ElektroKimya Bölməsi ilə əməkdaşlıq aparılıb.

Araşdırmanın müəlliflərindən biri Tobias Kutsç keçiriciliyin həm ionları, həm də elektronları daşıya bilməsi səbəbilə ölçmə metodlarını xüsusi şəkildə tənzimləməli olduqlarını bildirib.

Yeni material sinfi və patent müraciəti

Professor Fassler qeyd edib ki, bu kəşf təkcə litium-antimon sistemi ilə məhdudlaşmır, eyni kristal quruluş litium-fosfor sistemlərində də tətbiq oluna bilər.

"TUMint.Energy Research" təşkilatından Jinqven Jianq isə deyib ki, onlar yalnız skandium əlavə etməklə yüksək performans əldə etdikləri halda, əvvəlki dünya rekordu beş müxtəlif elementdən ibarət birləşməyə ehtiyac duyurdu.

Yeni materialın həm istilik sabitliyinə malik olduğu, həm də ənənəvi kimyəvi üsullarla istehsal oluna bildiyi bildirilir. Lakin kommersiya istifadəsinə keçid üçün əlavə testlərə ehtiyac olduğu vurğulanır.

Alimlər bu nailiyyətin yalnız batareya texnologiyaları üçün deyil, həm də geniş spektrli materiallarda keçiriciliyin artırılması baxımından yön göstərici ola biləcəyini düşünürlər.

Patent müraciəti də artıq təqdim edilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu