Lisey və gimnaziyalara qəbulda dəyişiklik təsdiqləndi: yalnız VI siniflər imtahan verəcək


Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişiklik edildiyi rəsmi şəkildə təsdiqlənib.



AFN.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Təhsil İnstitutu rəsmi açıqlama yayıb.



Açıqlamada bildirilir ki, yeni yanaşmaya əsasən lisey və gimnaziyalara yalnız VI sinifdə təhsil alan (növbəti il VII sinfə keçəcək) şagirdlər qəbul ediləcəklər. Məqsəd, qəbul prosesini daha dolğun akademik və psixoloji hazırlıq səviyyəsində həyata keçirməkdir.




“Beynəlxalq təcrübələr də göstərir ki, təmayül əsaslı seçimlər çox erkən yaşlarda deyil, müəyyən baza biliklər formalaşdıqdan sonra aparıldıqda daha ədalətli və səmərəli nəticələr verir.”


Açıqlamada qeyd olunub ki, lisey və gimnaziyaların VII siniflərinə qəbul əvvəlki illərdə olduğu kimi mərkəzləşdirilmiş imtahan yolu ilə həyata keçiriləcək. Bununla belə, digər siniflər üzrə qəbul prosedurları ilə bağlı məlumatın yaxın günlərdə ictimaiyyətə açıqlanacağı bildirilib.



Xatırladaq ki, əvvəlki illərdə lisey və gimnaziyalara qəbul V, VI, VII və VIII sinif şagirdlərini əhatə edirdi. Yeni qaydalara əsasən, bu yaş həddi V sinifdən VII sinifə qaldırılıb. Beləliklə, qəbul yalnız VI sinfi bitirən şagirdlər üçün nəzərdə tutulur.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu