“Qarabağ” rekordunu təkrarladı


“Qarabağ” Azərbaycan Premyer Liqasının 2024/25 mövsümündə 28-ci qələbəsini qazanıb.



Bu barədə PFL-in saytı məlumat yayıb.



Qurban Qurbanovun komandası sonuncu – 36-cı turda “Şamaxı”ya 1:0 hesabı ilə qalib gəlib.



Səfərdəki üç xal Ağdam klubunun cari çempionatda 28-ci qələbəsi olub. Bununla da “Qarabağ” mövsüm ərzində qazanılan qələbə sayında tarixinin rekordunu təkrarlayıb. 12 qat ölkə çempionu iki il əvvəl – 2022/23 mövsümündə də 28 qələbə əldə edib.



Qeyd edək ki, Azərbaycan çempionatları tarixində yalnız bir dəfə daha çox qələbə qazanan komanda olub. “Neftçi” 1992-ci ildə 36 oyunda 30 dəfə qalib gəlib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu