Məktəblilərlə yol hərəkəti təhlükəsizliyi mövzusunda görüş keçirilib


Baş Dövlət Yol Polisi İdarəsinin təşəbbüsü və Naftalan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının iştirakı ilə şəhərdə yerləşən ümumtəhsil məktəblərində yol hərəkəti təhlükəsizliyinə dair maarifləndirici görüşlər təşkil olunub.


AFN.az xəbər verir ki, tədbir zamanı şagirdlərə piyadaların yol hərəkəti qaydaları, nişanların mənaları, svetoforun iş prinsipi və təhlükəsiz davranış vərdişləri barədə ətraflı məlumat verilib. Şagirdləri maraqlandıran suallar DYP əməkdaşları tərəfindən cavablandırılıb.

Maarifləndirmə tədbirlərinin əsas məqsədi azyaşlıların yol hərəkəti qaydalarına dair ilkin biliklərinin artırılması və onların gələcəkdə daha təhlükəsiz iştirakçıya çevrilməsinə töhfə verməkdir.

Bu cür görüşlərin davamlı şəkildə keçirilməsi nəzərdə tutulur.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu