Avtomobili qələbəni qeyd edən PSJ azarkeşlərinin üzərinə sürdü

Fransanın "Paris Sen-Jermen" futbol klubunun Çempionlar Liqasının finalına çıxmasını qeyd edən azarkeşlərinə avtomobillə hücum olub.
AFN.az xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.
Hadisənin Yelisey meydanı yaxınlığında baş verdiyi qeyd edilir. Qəza nəticəsində 3 nəfər xəsarət alaraq xəstəxanaya çatdırılıb. Onlardan birinin vəziyyəti xüsusilə ağır, digər ikisinin vəziyyəti ağırdır. Daha sonra avtomobilin yanmış vəziyyətdə olduğu məlum olub. Sürücünün taleyi hazırda məlum deyil.
Nəşr qeyd edir ki, polis bayram tədbirləri zamanı azı 43 nəfəri həbs edib. Bəzi situasiyalarda toplaşan futbolsevərlərin hərəkəti nəticəsində polis gözyaşardıcı qazdan istifadə etmək məcburiyyətində qalıb, bəzi mağazalara və avtomobillərə ziyan dəyib.