ABŞ və Cənubi Koreya birgə hərbi təlim keçirib

ABŞ və Cənubi Koreya dəniz qüvvələri birgə hərbi təlimlər keçirib.
"Yonhap"ın məlumatına görə, Cənubi Koreya Hərbi Dəniz Qüvvələrindən verilən açıqlamada aprelin 7-də ölkənin Çanqvon şəhəri sahillərində başlayan təlimin dəniz qüvvələrinin xilasetmə imkanlarının artırılması məqsədi daşıdığı bildirilib.
Açıqlamaya görə, “Qvanqyan” xilasetmə gəmisinin əsgərləri, eləcə də Dənizdə Xilasetmə Bölməsi və ABŞ Səyyar Dalğıc və Xilasetmə Birliyinin əsgərləri gündəlik təlimdə iştirak ediblər.
Bəyanatda Cənubi Koreya və ABŞ əsgərlərinin batmış gəminin imitasiyasından itkin düşmüş personalın axtarışı üçün müxtəlif təlimlər, o cümlədən akvatoriya təlimi keçdiyi, İngiltərə və Avstraliya hərbçilərinin də müşahidəçi qismində təlimlərdə iştirak etdiyi bildirilib.