Konstitusiya Məhkəməsinin hakimi yola salınır


Aprelin 7-də Prezident İlham Əliyevin sərəncamı ilə "Konstitusiya Məhkəməsi haqqında” qanuna dəyişikliklər qüvvəyə minib.


Dəyişikliyə əsasən, Konstitusiya Məhkəməsinin hakiminin vəzifədə olmasının yaş həddi 70-dən 75-ə qaldırılıb. Həmçinin, hakim 75 yaşı tamam olandan sonra maksimum 6 ay vəzifədə qala bilər.

Qeyd edək ki, Konstitusiya Məhkəməsi 9 hakimdən ibarətdir. Məhkəmənin sədri Fərhad Abdullayev, onun müavini Sona Salmanovadır.

Digər 7 hakim Humay Əfəndiyeva, Rövşən İsmayılov, Rafael Qvaladze, Ceyhun Qaracayev, Kamran Şəfiyev və Fikrət Məmmədovdur.

Modern.az-ın məlumatına görə, hakimlərdən biri - Rafael Qvaladzenin yanvarın 1-də 75 yaşı tamam olub.

Qeyd edək ki, Gürcüstanda anadan olan hüquqşünas 1998 və 2010-cu illərdə Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilib. Qanunvericiliyə əsasən, o, səlahiyyətlərini bu ilin iyul ayının 1-dək icra edə bilər.

Beləliklə, qanunvericiliyə görə Rafael Qvaladze vəzifəsindən azad ediləcək.

Xatırladaq ki, mətbuatda ötən gün səlahiyyət müddəti başa çatan keçmiş hərbi prokuror Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi təyin ediləcəyi barədə xəbərlər yayılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu