Mən əsgərəm, ölkə başçısı nə məsləhət görəcəksə, hazıram - Xanlar Vəliyev


“Ölkənin hərbi prokuroru kimi səlahiyyət müddətim başa çatmışdı. Ona görə də mənim təqaüdə yola salınmağım gözlənilməz olmadı”.


AFN.az xəbər verir ki, bunu Gununsesi.info-ya açıqlamasında dünən təqaüdə göndərilən hərbi prokuror Xanlar Vəliyev bildirib.

Konstitusiya Məhkəməsinə hakim göndəriləcəyinə dair yazılanlara gəlincə, Xanlar Vəliyev “Mən əsgərəm. Ölkə başçısı nə məsləhət görəcəksə, hazıram”, - deyib.

Qeyd edək ki, 1955-ci il təvəllüdlü Xanlar Vəliyev 2005-ci ildən Azərbaycanın hərbi prokuroru idi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu