Bundan sonra “Səbail”i o çalışdıracaq


Cavid Hüseynovu istefaya göndərən “Səbail”i kimin çalışdıracağı bəlli olub.


Komandanın yeni baş məşqçisinin adı açıqlanıb.

Bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, baş məşqçi vəzifəsinin icrası Elvin Məmmədova həvalə olunub. O, cari mövsümün sonunadək bu işi icra edəcək.

Qeyd edək ki, Elvin Məmmədov bunadək baş məşqçinin köməkçilərindən biri idi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu