HK sədri “Sabah” – “Turan Tovuz” oyununda hakim səhvini etiraf etdi


AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker Azərbaycan Premyer Liqasının XXII turunda keçirilən “Sabah” - “Turan Tovuz” (2:1) oyunundakı mübahisəli epizodları şərh edib.


AFN.az xəbər verir ki, o, hakimlər briqadasının işini qiymətləndirib.

De Bleker qeyd edib: “58-ci dəqiqə. Meydanın “Sabah” komandasına aid hissəsində, künc bayrağının yanında top uğrunda mübarizə zamanı qayda pozuntusu baş verir, lakin hakim bunu qeydə almır və “Sabah”a (top meydanı yan xətdən tərk etdiyindən) yan xətdən oyunu bərpa etməyə işarə edir.

Oyun yenidən bərpa olunur (yeni hücümün başlama fazası) və “Sabah” hücumun sonunda qol vurur.
Bu situasiyada VAR baş vermiş və hakim tərəfindən qeyd edilməyən qayda pozuntusuna müdaxilə edə bilməz. Yan xətdən bərpa “Sabah”ın yeni hücumunun başlanğıc mərhələsidir.

90+5-ci dəqiqə. VAR müdaxilə edir. Qayda pozuntusu baş verir (“Sabah”ın oyunçusu rəqibini itələyir). Qol vurulduqdan sonra VAR hücumun başlama fazasını yenidən yoxlayır və qoldan öncə baş verən qayda pozuntusuna müdaxilə edir. Hakim epizoda baxdıqdan sonra “Sabah”ın vurduğu qolu ləğv edir.

Hər iki halda VAR düzgün olaraq VAR protokoluna əməl etdi”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu