Kadi “Qarabağ”a qayıdır


“Qarabağ” qış transfer dönəmindəki səssizliyini pozmağa hazırlaşır.


AFN.az matc.az-a istinadən xəbər verir ki, Ağdam klubu yeni transferə yaxındır.

Belə ki, ağdamlıların sabiq futbolçusu Kadi Borxes “Qarabağ”a qayıtmaq üzrədir. Ötən ilin yayında Macarıstanın “Ferensvaroş” klubuna keçən braziliyalı vingerin “Qarabağ”la danışıqları müsbət yekunlaşdığı söylənilir. Yaxın günlərdə keçidin rəsmiləşməsi gözlənilir. Lakin transferin detalları hələ bəlli deyil.

Qeyd edək ki, Kadi Borxes 2021-ci ilin yayından 2022-ci ilin sonuna qədər “Qarabağ”ın formasını geyinib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu