NATO: Polşa hava məkanını qorumaq üçün Norveçin iki F-35-i havaya qalxıb
NATO çoxlu sayda Rusiya təyyarəsinin Polşa hava məkanına daxil olmasından sonra ölkədə yerləşdirilən iki Norveç F-35 qırıcısının havaya qalxdığını bildirib.
NATO Müttəfiq Hava Komandanlığının (AIRCOM) sosial media hesabında yer alan paylaşımda çoxlu sayda Rusiya təyyarəsinin Polşa hava məkanına daxil olduğu bildirilib.
Cavab olaraq ölkədə yerləşdirilən Norveçin iki F-35-nin havaya qalxaraq, Polşa hava məkanını aktiv şəkildə müdafiə etdiyi və müttəfiqlərin NATO-nun şərq cinahına bağlılığını nümayiş etdirdiyi qeyd edilib.