Suriyanın yeni hakimiyyəti PKK-dan silahı yerə qoymağı tələb edib

Suriyanın yeni hakimiyyəti PKK nümayəndələri ilə danışıqlar aparıb və onlardan silahlarını yerə qoymağı tələb edib.
Bu barədə Türkiyənin “Hürriyet” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, PKK silahı təhvil vermək müqabilində Suriya ordusunda diviziya və ya korpus almaq istədiyini və respublikanın şimalındakı neft yataqlarını 50-nin 50-yə bölməyi təklif edib.
Mənbə qeyd edib ki, Suriyanın yeni hakimiyyət orqanları PKK-nın qeyd-şərtsiz silahı yerə qoymasını tələb edib və bu məsələni müzakirə belə etməyib.