"Volkswagen"dən böyük səhv: Təxminən 800 min elektrikli avtomobil sahibi...


Avropada, xüsusən Almaniyada, eləcə də dünyanın digər ölkələrində təxminən 800 min elektrik avtomobil sahibinin məlumatları bir neçə ay ərzində alman avtomobil istehsalçısı "Volkswagen"in törəmə şirkəti olan "Cariad" proqram təminatı istehsalçısının səhvi ucbatından ictimaiyyətə açıq qalıb.


AFN.az xəbər verir ki, bu barədə nüfuzlu “Der Spiegel” jurnalı yazır.

Nəşrin bildirdiyinə görə, bir neçə ay ərzində təxminən 800 min elektromobili əhatə edən bir neçə terabaytlıq məlumat həcmi Amazon bulud anbarında faktiki olaraq müdafiəsiz qalıb. Bu, "Volkswagen", "Seat", "Audi" və "Skoda" avtomobillərinə təsir edib. 460.000 avtomobil üçün dəqiq yer məlumatları mövcud idi ki, bu da onlara sürücülərin həyatı haqqında nəticə çıxarmağa imkan verirdi.

Ən çox sızma, jurnalın vurğuladığı kimi, Almaniyada qeydə alınıb. Beləliklə, təxminən 300 min elektrikli vasitə sürücüsünün məlumatları ictimaiyyətə açıq olub. "Der Spiegel"ə görə, sızmanın səbəbi "Cariad"ın keçən yay buraxdığı səhvdir. Problemdən siyasətçilər, biznes liderləri, eləcə də təxminən 35 elektrik patrul maşını ilə Hamburq polisi zərər çəkib.

Nəşr qeyd edir ki, cinayətkarlar və ya casuslar bu məlumatlardan istifadə edərək ətraflı hərəkət profilləri əldə edə bilərlər. Beləliklə, xarici kəşfiyyat xidmətləri hər gün kimin avtomobillərinin Federal Kəşfiyyat Xidmətinin binalarının yaxınlığında dayandığını və ya Ramşteyndəki Amerika aviabazasına getdiyini bilməkdə maraqlı olub.

Qeyd edək ki, problem artıq həll edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu