Cənubi Koreya parlamenti prezidentin impiçmenti üçün sadə səs çoxluğu tələb edəcək


Koreya Respublikası parlamentinin spikeri Vu Von Sık bəyan edib ki, ölkə prezidenti vəzifəsini icra edən baş nazir Han Duk Sunun impiçmenti üçün ən azı 151 səs lazımdır.


Ölkə parlamentinin plenar iclası KİV tərəfindən yayımlanacaq.

Konstitusiyaya görə, prezidentin impiçmenti üçün deputatların 300 səsindən 200-nün səsi lazımdır. Baş nazir də daxil olmaqla, digər yüksək vəzifəli məmurların impiçmenti üçün sadə səs çoxluğu (151 səs) kifayətdir. İqtidar və müxalifət partiyalarının Han Duk Suya hansı şərtin tətbiq edilməsinə fərqli yanaşmaları vardə. Aparıcı müxalifət qüvvəsi olan Toburo parlamentdəki 170 yerə nəzarət edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu