Cənubi Koreyada prezidentin impiçmenti məsələsi yenidən gündəmdədir


Toburo Demokratik Partiyası Koreya Respublikasının prezidenti səlahiyyətlərini icra edən, baş nazir Han Duk Suya qarşı impiçment proseduruna başlayıb.


AFN.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Dekabrın 26-da deputatlar impiçment layihəsini plenar iclasa təqdim ediblər. Qanuna görə, impiçmentlə bağlı səsvermə təşəbbüsün plenar iclasda təqdim edilməsindən 24 saatdan gec olmayaraq mümkündür. "Yonhap"ın məlumatında bildirilir ki, səsvermə dekabrın 27-də gözlənilir. Toburo parlamentdəki 300 yerdən 170-nə nəzarət edir.

Müxalifət bundan əvvəl Han Duk Sunu konstitusiya hakimlərinin təyinatını təsdiqləmədiyi təqdirdə impiçment proseduruna başlayacağı ilə hədələmişdi. Prezident iqtidar və müxalifət düşərgələri arasında siyasi kompromis əldə olunmayana qədər bunu etməyəcəyini bildirib.

Ölkə konstitusiyasına görə, prezidentə impiçment elan etmək üçün parlament 300 səsdən ən azı 200-nün səsini almalıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu