Biznesin İnkişafı Fondunun Nizamnaməsi təsdiq edildi


Azərbaycan Biznesinin İnkişafı Fondunun Nizamnaməsi təsdiq edilib.


AFN.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Fərman imalayıb.

Fərmana əsaəsn, "Azərbaycan Biznesinin İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası” da təsdiq edilib.

Fərmanda qeyd edilib ki, ləğvetmə prosesində olan müvəkkil kredit təşkilatları vasitəsilə Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlıq subyektlərinə verilmiş güzəştli kreditlər üzrə 189.751.707,0 (bir yüz səksən doqquz milyon yeddi yüz əlli bir min yeddi yüz yeddi) manat həcmində qalıq aktivlər Sahibkarlığın İnkişaf Fondunun nizamnamə fondundan silinsin və tələb hüququ həmin müvəkkil kredit təşkilatlarının aktivlərinə transfer edilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu