BMT Suriyadakı son durumu açıqladı


Suriyanın hər yerindən, o cümlədən ölkənin cənub və şimal-şərq əyalətlərindən, həmçinin Hələb, Latakiya, Tartus və Homsdan döyüş xəbərləri gəlməkdə davam edir.


AFN.az xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (OCHA) bəyanatında deyilir.

Eyni zamanda, bildirilir ki, əksər əyalətlərdə mülki idarələr və dövlət qurumları işlərini bərpa ediblər. Qeyd olunur ki, Suriyada gərginliyin başlanğıcından bəri 880 mindən çox insan köçkün olaraq qalır, 225 minə yaxın suriyalı isə əsasən Həma və Hələbə evlərinə qayıdıb. Qurum əlavə edib ki, dekabrın 10-da Tişrin su elektrik kompleksində baş verən qəzadan sonra iki su nasos stansiyasının dayandırılması səbəbindən Hələb şəhərində və onun şərq ətraflarında ən azı 2 milyon insan su çatışmazlığı yaşayır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu