Yaponiya bankı oğurlanan 6,5 milyon dollara görə üzr istədi


Yaponiyanın aparıcı banklarından biri olan MUFG keçmiş işçisinin müştərilərin seyflərindən 6,5 milyon dollardan çox pul oğurlaması ilə bağlı iddialardan sonra üzr istəyib.



Rəsmi "Kyodo" agentliyinin məlumatına görə, MUFG-nin baş meneceri Juniçi Hanzava keçirdiyi mətbuat konfransında bankın Tokiodakı bəzi filiallarında müştəri seyflərinin ehtiyat açarlarına cavabdeh olan keçmiş işçinin təxminən 60 müştərinin bank hesablarından 6,5 milyon dollardan çox pul oğurlaması ilə bağlı iddiaları təsdiqləyib.

Hanzava bu hadisənin etimad üzərində qurulan bank sənayesinin əsaslarını sarsıtdığını qiymətləndirərək üzr istəyib.

Hadisənin oktyabrın 31-də bank müştərisinin tələbi ilə üzə çıxdığını bildirən Hanzava cinayətini etiraf edən işçinin noyabrın 14-də işinə xitam verildiyini açıqlayıb.

Görülən tədbirlər çərçivəsində seyflərin ehtiyat açarlarının filiallar əvəzinə qərargahda saxlanacağını qeyd edən Hanzava, məsələ ilə bağlı idarəçilik məsuliyyətinin aydınlaşdırılması üçün araşdırmaların davam etdiyini bildirib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu