Haysam əl-Qays daha üç il OPEC-in baş katibi olacaq


Nazirlər konfransında OPEC ölkələri Küveyt təmsilçisi Haysam əl-Qaysın təşkilatın baş katibi vəzifəsində səlahiyyət müddətini daha üç il uzadıb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda təşkilatın bəyanatında bildirilib.

Qeyd edilib ki, Haysam əl-Qaysın səlahiyyət müddəti 2025-ci il avqustun 1-də bitsə də, təşkilt onun daha üç il müddətinə uzadılması ilə bağlı qərar qəbul edib.

Əl-Qays 2022-ci ilin avqustundan OPEC-in baş katibi vəzifəsini icra edir. Təşkilatın nizamnaməsinə görə, baş katib üç il müddətinə seçilir və yalnız bir dəfə yenidən seçilə bilər.

OPEC-in bəyanatında o da qeyd olunur ki, qurumun növbəti nazirlər konfransı 2025-ci il mayın 28-də keçiriləcək. Bundan əlavə, 2025-ci ilin sentyabrında təşkilat Bağdadda yaranmasının 65 illiyini, həmçinin OPEC katibliyinin Vyanaya köçməsinin 60 illiyini qeyd edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu