Özünü və azyaşlı qızını binadan atmaq istədi


Ata özünü və azyaşlı qızını eyvandan atmağa cəhd edib.


AFN.az “Report”a istinadən xəbər verir ki, hadisə dekabrın 4-ü saat 13 radələrində baş verib.

Əvvəllər qeyri-qanuni maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək məhkum olunan 1991-ci il təvəllüdlü Elnur Əli oğlu Şalıyev yaşadığı evin eyvanından (10-cu mərtəbə) özünü və 2016-cı il təvəllüdlü qızını atmağa cəhd göstərib.

Polis əməkdaşları tərəfindən bu cəhdin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu