Ağ Ev: Çinli hakerlər telekommunikasiya şirkətlərini hədəfə alıblar
Ağ Ev Çin kiberhücumçularının ən azı 8 Amerika telekommunikasiya şirkətini hədəf aldığını və bəzi digər ölkələrə də kiberhücumlar təşkil etdiyini açıqlayıb.
Amerika mətbuatına açıqlama verən Ağ Ev rəsmiləri, bu dəfə ABŞ telekommunikasiya şirkətlərinə kiberhücumların Çin dövləti tərəfindən dəstəklənən hakerlər tərəfindən həyata keçirildiyini bildirib.
Buna uyğun olaraq, Çin kiberhücumçuları "Duz Tayfunu" adlı böyük kiberhücumda "Verizon", "AT&T" və "Lumen" kimi böyük xidmət təminatçıları da daxil olmaqla 8 Amerika telekommunikasiya şirkətini, eləcə də bəzi digər ölkələri hədəfə alıblar.
Hücumçuların xüsusən də hökumət və siyasi vəzifələrdə olan məmurların telefon dinləmə qeydlərinə və mobil məlumatlarına çıxış əldə etdiyi bildirilib.
Hadisə ilə bağlı Federal Təhqiqat Bürosu (FTB) və Kiber Təhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyi (CISA) tərəfindən araşdırma başlanarkən, bu qurumların "Microsoft" və "Google" kimi şirkətlərlə birlikdə çalışdığı qeyd edilib.