Dünyanın ən böyük iqlim işi Beynəlxalq Ədalət Məhkəməsində başlayır


Sakit okeanda kiçik ada dövləti olan Vanuatu tərəfindən Haaqa Beynəlxalq Ədalət Məhkəməsində dünyanın ən böyük iqlim işi başlanıb.


Məhkəmə Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv ölkələrin iqlim dəyişikliyi ilə bağlı hüquqi öhdəlikləri ilə bağlı hüquqi çərçivənin yaradılması baxımından böyük əhəmiyyət kəsb edir.

Kiçik bir ada dövlətinin açdığı iddia bütün dünyada geniş əks-səda doğurub.

100-ə yaxın ölkə və bir çox təşkilat bu işə qoşulmaq üçün yazılı bəyanatlar təqdim edib.

Bu, Beynəlxalq Ədalət Məhkəməsinin 80 illik tarixində bir ilkdir.

İndiyədək Haaqa məhkəməsi belə çox sayda şahidi dinləməmişdi.

Bu səbəbdən bu iş dünyada indiyə qədər açılmış ən böyük iqlim iddiasıdır.

Bazar ertəsi Hollandiyanın Haaqa şəhərindəki Sülh Sarayında başlayan məhkəmə prosesində ölkələr və beynəlxalq təşkilatlar iki həftə dinləniləcək.

Beynəlxalq Ədalət Məhkəməsinin 15 üzvü gələcək nəsilləri fəlakətli iqlim dəyişikliyindən qorumaq üçün BMT-yə üzv dövlətlərin beynəlxalq hüquq baxımından öhdəliklərini araşdıracaq.

Beynəlxalq məhkəmə yüksək səviyyədə karbon qazı emissiyasına səbəb olan ölkələrin lazımi tədbirlər görmədikləri təqdirdə üzləşəcəkləri hüquqi sanksiyaları da müzakirə edəcək.

Məhkəmə qərarını gələn ilin ortalarına qədər açıqlayacağı gözlənilir. Məhkəmənin qərarı məsləhət xarakteri daşıyır və hüquqi qüvvəyə malik deyil.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu