Pakistanda tayfalar arasında qarşıdurma: Ölənlərin sayı 130-a çatıb


Pakistanın şimal-qərbində iki həftədir davam edən tayfalararası qarşıdurmalarda həyatını itirənlərin sayı 130-a çatıb.



Xeyber-Paxtunxva vilayətinin mərkəzi Pişəvərdən 218 kilometr aralıda yerləşən Kurram bölgəsində şiə və sünni qəbilələri arasında vaxtaşırı toqquşmalar baş verir və bu toqquşmalarda çoxlu insan həlak olur.

"Geo News"un məlumatına görə, Əfqanıstanla sərhəd bölgədə iki həftədir davam edən tayfalararası toqquşmalarda ölənlərin sayı 130-a yüksəlib, 186 nəfər yaralanıb.

Bölgədə son illərin ən qanlı qarşıdurması yaşanarkən, hakimiyyət tərəflər və nüfuzlu şəxslərlə görüşərək gərginliyi azaltmağa çalışır. Hökumət rəsmilərinin səyi nəticəsində yekun sülhün əldə olunduğu açıqlansa da, zaman-zaman münaqişələr yaranır.

Bildirilir ki, meyitlərin və saxlanılan şəxslərin dəyişdirilməsi ilə bağlı tərəflər arasında ciddi fikir ayrılıqları var.

Son 12 gündə rayonda telefon və internet xidmətlərində ciddi fasilələr olsa da, təhsil müəssisələri və mağazalar əksər hallarda bağlı qalıb.

Tayfa ərazilərini birləşdirən Pişəvər-Paraçinar yolu da tez-tez nəqliyyatın hərəkəti üçün bağlanır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu