ABŞ senatorundan Netanyahunun həbs qərarına dəstək

ABŞ senatoru Bernie Sanders Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin baş naziri Binyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalant haqqında çıxardığı həbs qərarını dəstəklədiyini bildirib.
Sanders X sosial media hesabında ICC-nin Netanyahu və Qalant haqqında həbs qərarı çıxarması ilə bağlı yazılı açıqlama verib.
Məhkəmənin ittihamlarının əsaslı olduğunu qeyd edən Sanders, İsrailin Fələstin xalqına qarşı hücumlarını xatırladıb.
“Əgər dünya beynəlxalq hüquqa əməl etməsə, biz daha da barbarlığa sürüklənəcəyik”, - deyə Sanders bildirib.