NASA Roskosmosu "fəlakətli uğursuzluq" riski barədə xəbərdar edib


Beynəlxalq Kosmik Stansiyanın (BKS) Rusiya seqmentinin "Zvezda" modulunun ara kamerasında hava sızmasının səbəbləri və şiddəti ilə bağlı NASA ilə "Roskosmos" dövlət korporasiyası arasında hələ də fikir ayrılıqları var.


Bu barədə "SpaceNews" məlumat yayıb.

NASA hesab edir ki, Rusiya tərəfi modulun bir hissəsinin “fəlakətli uğursuzluğuna” səbəb ola biləcək sızma təhlükəsinə məhəl qoymur. Tərəflər arasında fikir ayrılığı NASA-nın ISS Məsləhət Komitəsinin noyabrın 13-də keçirilən 10 dəqiqəlik iclasında məlum olub və orada sızma məsələsində "Roskosmos" ilə qarşılıqlı əlaqə barədə məlumat verilib.

Komitə sədri Robert Kabana deyib: "Komandalar çatların yaranması və böyüməsinin səbəb amillərini araşdırmaqda davam etsə də, ABŞ və Rusiya texniki qrupları bu sızmaların ehtimal olunan kök səbəbi və ya nəticələrinin şiddəti ilə bağlı ümumi anlayışı bölüşmürlər".

Onun sözlərinə görə, Rusiya tərəfi kamerada çatların yaranmasına mikrovibrasiyalardan “yüksək tsiklik yorğunluq” səbəb olması ilə razılaşır. Amerikalı mütəxəssislər, öz növbəsində, bir neçə amilin, ilk növbədə, təzyiq, mexaniki gərginlik, qalıq stress, kameranın hazırlandığı materialın xüsusiyyətləri və ətraf mühitin təsirlərinin birləşməsi səbəbindən sızmanın meydana gəlməsi haqqında danışırlar.

Kabana qeyd edib ki, Roskosmos aralıq kameranın dağıdılması ssenarisini real hesab etmir. "NASA aralıq kameranın struktur bütövlüyü və fəlakətli uğursuzluq potensialı ilə bağlı narahatlığını ifadə edib", - deyə mütəxəssis bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu